Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müavini general Tiran Xaçaturyan həbs edilib.
Teleqraf.com xəbər verir ki, general Kotayk rayonunda gizləndiyi “Jpit” otelində ələ keçib.
Dünən Kotaykda yerləşən restoranda 10-a yaxın şəxs arasında mübahisə baş verib. Hadisə zamanı Tiran Xaçaturyan üzərindəki silahla atəş açıb, nəticədə mübahisədə iştirak edən Hrayr Mnatsakanyan yaralanıb. Ağır formada xəstəxanaya çatdırılan Mnatsakanyanın Qarabağdan gəldiyi olduğu bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.