Azərbaycanla yeni müharibəyə hər an hazır olmalıyıq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, deputat Seyran Ohanyan deyib.
“Xalqımızı qorxutmaq istəməzdim, amma elə bir vəziyyətdəyik ki, hər an vətənimizin müdafiəsinə hazır olmalıyıq. Danışıqların bitdiyi yerdə düşmənçiliklərin başladığı göz qabağındadır”, - sabiq nazir bildirib.
Ohanyan danışıqların davam etməsinə və sülh müqaviləsi ilə bağlı mübadilələrə baxmayaraq, Ermənistan və Azərbaycanın sülhə yaxın olmadığını iddia edir.
Deputat onu da əlavə edib ki, hazırkı vəziyyətdə strateji tərəfdaşlarla, qonşularla münasibətlərin pisləşməsi və bunun əvəzinə regionda qeyri-müəyyənliyin olması Ermənistan üçün yaxşı hal deyil.