15 Yanvar 16:16
3 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, iclasla bağlı konkret gün, vaxt və yer əlavə olaraq razılaşdırılmalıdır.

Qriqoryan bildirib ki, ilkin razılığa əsasən, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsi, birgə iş zamanı istifadə ediləcək hüquqi əhəmiyyətli sənədlər və hüquqi aktların dəqiq müəyyən edilməsi, müvafiq hüquqi əsaslarla tərtib edilmiş SSRİ dövrünün son topoqrafik xəritələrinin müəyyən edilməsi və aidiyyəti orqanlar tərəfindən dərc olunması və digər bu kimi məsələlər müzakirə edilməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər