Azərbaycanla sülh danışıqlarında heç bir kəskin dəyişiklik baş verməyib, sülh müqaviləsi ilə bağlı mübadilə davam edir, müsbət irəliləyişin olduğunu demək olar.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Alen Simonyan deyib.
Spiker hazırda sülh müqaviləsinin bəndlərinin müzakirə olunduğunu bildirib.
Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə bağlı jurnalistin sualı ilə razılaşmayıb:
“Azərbaycan prezidenti dəfələrlə Ermənistanın ərazi bütövlüyü ilə bağlı bəyanatlar verib, həmçinin Rusiya prezidentinin iştirakı ilə görüşlər zamanı. Bəli, hərfi olaraq 29.8 min kvadratkilometrdən danışmayıb, amma gözləntimiz odur ki, bu baş verəcək. Bu məsələ delimitasiya və demarkasiya zamanı bəlli olacaq, bəlkə də buna görə konkret rəqəmi açıqlamırlar”.