16 Yanvar 12:59
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistandan tələb edir ki, Naxçıvana və əksinə daşınan sərnişinlər və yüklər yoxlanılmamalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Armen Baqdasaryan deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası ilə əlaqədar 1920-ci il xəritəsini gündəmə gətirib:

“1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının yox, 1920-ci ilin varisi kimi tanıdı. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi. Azərbaycan hesab edir ki, sərhədləri Sovet İttifaqındakından tamamilə fərqli olmalıdır”.

Baqdasaryan Zəngəzur və digər ərazilərin 1920-ci il xəritəsində Azərbaycanın tərkibində olduğunu bildirib.

Politoloq rəsmi Bakının İrəvandan ekstraterritorial dəhliz tələb etdiyini də vurğulayıb:

“Bəli, ekstraterritorial dəhliz tələb edirlər. Yəni Ermənistandan tələb edirlər ki, Naxçıvana və əksinə daşınan sərnişinlər və yüklər yoxlanılmamalıdır. Yola hər hansı bir nəzarət olmamalıdır. Anklavlar məsələsində də eyni mexanizmi tələb edirlər: onları üç (Qazaxın kəndləri) anklavla birləşdirən yollara Ermənistan tərəfindən nəzarət olmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər