16 Yanvar 15:42
8 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Azərbaycana aydın mesajlar verir ki, Ermənistanın ərazi bütövlüyünün bu ölkə tərəfindən hər hansı formada pozulması qəbuledilməzdir və münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici əlaqələr xidmətinin sözçüsü Peter Stano deyib.

“Ermənistan və Azərbaycan rəhbərlikləri ilə sıx təmasda olmuşuq, iki ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyimizi və problemlərin müstəsna olaraq sülh yolu ilə həllini yorulmadan təkrar edirik. Əlaqə xətlərimiz açıq qalır.

Avropa Birliyi Azərbaycana aydın mesajlar vermək üçün bütün imkanlardan istifadə edir ki, Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulması yolverilməzdir və münasibətlərimizdə ciddi nəticələrə səbəb olacaq. Bu mövqedə möhkəm qalırıq.

Avropa Şurasının prezidenti Şarl Mişel, ali nümayəndə Jozef Borrell və AB-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan arasında sabit və davamlı sülhün bərqərar olması istiqamətində fəaliyyətlərini davam etdirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər