17 Yanvar 17:20
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını istəmir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fransanın anti-Azərbaycan qərarlarına diqqət çəkib:

“Fransa Senatının hökumətin Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə qəbul etidiyinə dair məlumat yayılıb. Sənəddə Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi ilə yanaşı, “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələb olunur. Fransa Senatı oxşar qətnaməni 2022-ci il noyabrın 15-də qəbul etmişdi. İl yarım əvvəlki qətnamə belə adlanırdı: “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi”.

Fransa Senatı Azərbaycan əleyhinə 15 noyabr qətnaməsi ilə kifayətlənməyərək, yeni qətnamə qəbul edibsə, bu, Parisin ölkəmiz əleyhinə siyasətinin davamı deməkdir”.

Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın Fransaya qarşı adekvat addımlar atmasının vaxtı çatıb:

Fransa Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını istəmir. Çünki bu halda Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri normallaşacaq. Bu isə Fransadakı siyasi mərkəzlərin maraqlarına cavab vermir. Belə olan halda Azərbaycan da Fransaya adekvat cavab vermək məcburiyyətindədir.

Azərbaycan Parlamentinin Fransa ilə bağlı sənəd qəbul etməsi ilə yanaşı, bu ölkə ilə siyasi-iqtisadi əlaqələrə yenidən baxılması üzərində düşünməliyik. Məsələn, Fransanın “Total” neft şirkətinin Azərbaycanın “Abşeron” qaz yatağındakı payından gəlir əldə etməsi və bu gəllirin bir hissəsinin bizə qarşı siyasət yürüdən Fransanın büdcəsinə daxil olması nə dərəcədə indiki vəziyyətə uyğundur? Bu sualın müzakirəsi Bakının Parisə ciddi mesajlarından biri olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər