18 Yanvar 12:32
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla regiondakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Açıqlamadan məlum olur ki, İranın baş diplomatı görüşdə növbəti dəfə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıb. Abdullahiyan bunu “Ermənistan-İran sərhədi və regionda geosiyasi durumun dəyişməsi” kimi qəbul etdiklərinə eyham vurub.

“Ölkəmizin xarici işlər naziri Ermənistan prezidenti ilə görüşündə tarixi yolların qorunub saxlanılmasının vacibliyi və regionda hadisələrin sürətli inkişafı şəraitində geosiyasi dəyişikliklərin yolverilməzliyini vurğulayıb”, - məlumatda bildirilir.

Görüşün Davos İqtisadi Forumu çərçivəsində baş tutduğu qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər