18 Yanvar 12:59
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyan texniki məsələlərdən danışır, Prezident İlham Əliyev asanlıqla bunların üstündən xətt çəkir. Ermənistanın nəqliyyat yolları ilə bağlı aydın yanaşması yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artsvik Minasyan deyib.

Müxalif deputat Ermənistan baş nazirinin nəqliyyat dəhlizləri ilə bağlı "Sülh qovşağı" layihəsinə etiraz edib.

“Mehrinin dəmir və avtomobil yollarının kəsişməsi ideyası yox, ən yaxşı həll yolu kimi 320 kilometrinin Ermənistan, təxminən 360 kilometrinin isə Azərbaycanın suverenliyində olacağı Bakı-Qazax-İcevan-Dilican xətti müzakirə edilməlidir. Bu halda hansısa qərar heç kim tərəfindən birtərəfli qaydada qəbul edilə və digərinə təsir göstərə bilməz. Müzakirə olunan variant Ermənistana ən yaxşı halda 45, Azərbaycana isə 650-700 kilometrə qədər yol verəcək, yəni Azərbaycan hər an istədiyini edə bilər”, - Minasyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər