Azərbaycan Rusiya ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, amma İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Qərb tərəfdaşlarımız sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər, bu, faktdır. Bu da faktdır ki, Azərbaycan faktiki olaraq münaqişənin dayandırılması və bütün məsələlərin həlli üçün bütöv əməkdaşlıq sisteminin qurulması səylərinin başladığı Rusiya ərazisində bunu imzalamağa hazırdır. Ermənistanın paytaxtına çoxdan müvafiq siqnallar göndərilsə də, İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm”, - Lavrov bildirib.