19 Yanvar 16:05
3 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Vayots Dzor (Dərələyəz) və Sünikdəki (Zəngəzur) qoşunlarımızın çıxarılmasına çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Ovannisyan deyib.

“Silahlı qüvvələri “güzgü effekti” ilə geri çəkiləcəyi təqdirdə Vayots Dzor və Sünikdə qoşunumuz olmayacaq. İkincisi, bu da Paşinyanın ixtirasıdır ki, müqavilə imzalayaq, silahlı qüvvələrin silah-sursatının kəmiyyət və keyfiyyətinə nəzarət edək, bu da alqışlarla qarşılandı, yəni ikitərəfli qaydada biz Azərbaycanın, onlar isə bizimkini yoxlasınlar”, - polkovnik bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər