20 Yanvar 18:14
2 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzəri müstəvidə Ermənistanla Azərbaycan arasında sülh mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Azərbaycan və Ermənistanın bir-birlərinə qarşı ərazi iddialarının olmadığına dair anlaşma əldə etdiyini və ərazi bütövlüyünün Almatı bəyannaməsi əsasında tanımağa razılaşdığını iddia edir:

“Bu, mahiyyətcə əldə edilmiş anlaşmadır. Bildirdik ki, bu müddəanı qəbul edirik, Praqada dördtərəfli bəyanat qəbul olundu, Azərbaycan da bunu bizimlə qəbul etdi”.

Paşinyan bildirib ki, 1991-ci ildə mövcud olan sərhəd sənədləşdirməlidir.

Ermənistan rəhbəri vurğulayıb ki, bu, “sülhün əldə oluna biləcəyi düstur”dur.

“Bizim strategiyamız Almatı bəyannaməsi əsasında Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi və təsdiqi olub və olmalıdır, çünki beynəlxalq anlaşma belədir. İndi bu ikitərəfli xətt konkret nəticələr verməlidir. Nəticə odur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır və bu sülh müqaviləsində qeyd edilməlidir”, - Paşinyan söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər