22 Yanvar 12:43
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan müharibədən sonra ölkəsinə qaçan separatçıların komanda şəklində toparlanmasını istəmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Lurer” saytı yazır.

Ötən həftə separatçı Samvel Şahramanyan İrəvanda fəaliyyətini davam etdirən qondarma qurumun “keçmiş şəhərsalma naziri” Aram Sərkisyanı “dövlət naziri” təyin edib. Bundan əvvəl bu “post”u separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın əmisi oğlu Artur Arutyunyan tutub.

Sayt qeyd edir ki, Artur Arutyunyan qondarma qurumun “parlamentinin “Vahid Vətən” fraksiyası”nı təmsil edib. Amma onun separatçılarla arasında Qarabağla əlaqəli iddialar üzrə “beynəlxalq komitə”nin qurulması mövzusunda fikir ayrılıqları yaranıb. “Lurer”in iddiasına görə, Artur Arutyunyan Ermənistan hakimiyyətinin göstərişi ilə həmin “komitə”də iştirakdan imtina edib. Mənbə separatçı “deputat” Qaqik Baquntsun da “komitə”də iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, separatçı rejimin Azərbaycan ərazisindəki varlığına ötən il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra son qoyulub. O zaman “rejim”in başında dayanan Şahramanyan bundan sonra qondarma qurumun buraxılması ilə bağlı “fərman” imzalayıb. Beləliklə, separatçı ünsürlər ərazimizi tərk ediblər.

Həmin “qərar”da separatçıların fəaliyyətinin yanvarın 1-dən dayandırılması nəzərdə tutulsa da, Şahramanyan ötən ilin sonlarında “fərman”ını geri götürüb və fəaliyyətlərini Ermənistanda davam etdirmək qərarına gəlib. Amma özü bununla bağlı açıqlama verməyib, məlumatı onun “informasiya mərkəzi” yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər