23 Yanvar 12:04
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş separatçı ordunun “müdafiə naziri”, general-leytenant Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə daxil olub.

Teleqraf.com xəbər verir ki, cinayət işinə yaxın vaxtlarda Sünik məhkəməsində (Zəngəzur) baxılacaq.

İlk iclas yanvarın 25-də keçiriləcək. Hazırda ev həbsində olan Cəlal Arutyunyan da məhkəməyə gələcək.

Separatçı general Azərbaycanla 44 günlük müharibədə “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan xidməti vəzifəyə səhlənkar münasibət”də ittiham olunur. Söhbət 2020-ci il oktyabrın 12-də Azərbaycan ordusunun ermənilərin “D-20 diviziyası”nı darmadağın etməsindən gedir.

Cinayət işi çərçivəsində “diviziyanın baş qərargah rəisinin müavini”, mayor Gevorq Gevorqyan həbs olunub.

Qeyd edək ki, 44 günlük müharibə zamanı (27 oktyabr) Cəlal Arutyunyanın içində olduğu UAZ avtomobili Azərbaycan ordusunun PUA zərbəsinə tuş gəlib. Avtomobilin içindəkilər ölsələr də, separatçı general ağır yara ilə salamat qala bilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər