23 Yanvar 22:12
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan üçün hazırkı mürəkkəb vəziyyətdən çıxış yolu qısa zamanda Azərbaycanla sülh sazişini imzalamaqdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bəzi Avropa mərkəzlərinin sülh prosesinə mane olduqlarını bildirib:

“Avropa qurumları və diplomatları ard-arda “ermənilər Qarabağa qayıtmalıdır”, “Azərbaycan ermənilərin qayıdışını təmin etməlidir” kimi sənədlər və bəyanatlar yaydıqca, sadəcə Azərbaycanla münasibətləri gərginləşdirmirlər, həm də Ermənistan hökumətinin də işini çətinləşdirirlər. Çünki Baş nazir Nikol Paşinyan ermənilərin Qarabağa qayıdışını istəmir, onları Ermənistanda yerləşdirib, bununla məsələni bitmiş hesab edir. Avropalılar isə anti-Azərbaycan sənədləri ilə sanki Paşinyana mesaj yollayırlar ki, “sən bizi dinlə, ermənilərin qayıdışı məsələsində fəallığını artır”.

Avropalılar bu məntiqsiz siyasətləri ilə həm də Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaqdan yayındırırlar. Çünki erməni rəsmilər Avropa qurumları, o cümlədən Fransanın Azərbaycan əleyhinə qətnamələrini hər dəfə dəstəkləmək məcburiyyətində qalır, bununla Paris, Brüssel və Strasburqun anti-Azərbaycan siyasətindən asılı vəziyyətə düşürlər. Halbuki Ermənistan üçün hazırkı mürəkkəb vəziyyətdən çıxış yolu qısa zamanda Azərbaycanla sülh sazişini imzalamaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər