23 Yanvar 2015 12:49
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Polisi sevməyən qüvvələr inzibati xəta törətməyə meyilli olan şəxslərdir”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri jurnalsitlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, bu gün polisin fəaliyyətinə müdaxilələrin edilməsi, eyni zamanda müxtəlif üsullarla əməkdaşlarımıza xəsarətlərin yetirilməsi cinayətkarlığa meyilli olan insanlar tərəfindən həyata keçirilir: “Söz yox ki, qanunvericiliyin tələblərin pozulmasına qarşı qətiyyətli addımlar atılır. Həmin şəxslər zərərsizləşdirilərək onlar qanun qarşısında cavab verməli olur”.

V.Əsədov ölkə üzrə 1 milyon 300 min nəqliyyat vasitəsinin qeydə alındığını, elə o qədər də sürücülük vəsiqəsinin avtomobilləri idarə edənlərə verildiyini deyib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər