24 Yanvar 11:28
5 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri yeni Konstitusiyanın qəbulu ilə bağlı tələb-təlimatı Əliyevdən aldıqlarını inkar etsələr də, diplomatik mənbələrimiz bildirirlər ki, Azərbaycan lideri sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə qeyd edib. Əliyevin tələbinə görə, Ermənistanın daxili qanunvericiliyi müqavilə bağlayan tərəflərin bir-birlərinə qarşı ərazi iddialarının olmaması prinsipinə uyğunlaşdırılmalıdır”, - nəşr yazır.

Söhbətin Azərbaycana ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Aktına istinadın Konstitusiyadan çıxarılmasından gedir. Ermənistan qanunları və atributlarında Türkiyəyə də ərazi iddiaları var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər