26 Yanvar 12:21
2 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın hədəfi Konstitusiyanın Müstəqillik Aktına istinad edilən müddəalarını dəyişdirməkdir.

Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Qohar Meloyan deyib.

Ekspert bu bədnam istinad və ya müddəaların Ermənistanın Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə bağlı olduğunu etiraf edib:

“Nikol Paşinyanın dəyişiklikdən çox, yeni Konstitusiyadan danışması Konstitusiyanın dəyişməz müddəalarını hədəfə aldığını düşünməyə imkan verir. Bu siyasi qüvvənin əvvəldən (hakimiyyətə gəlməmişdən öncə) Konstitusiya dəyişikliyi ilə bağlı gündəliyi vardı, amma heç vaxt yeni Konstitusiya qəbulundan söhbət getmirdi. Burada 2 komponent var: Konstitusiya dəyişiklikləri ilə yeni Konstitusiyanın qəbulu arasındakı fərq yalnız texniki xarakter daşıyır. Dəyişikliklə Konstitusiyanın 4 maddəsi və preambulasını dəyişdirmək mümkün olmadı, yəni belə bir nəticəyə gəlmək olar ki, hədəf Konstitusiyanın preambula və dəyişməz müddəalarıdır”.

Həmin “dəyişməz müddəalar” məhz ərazi iddiaları ilə əlaqəlidir.

Meloyan qeyd edib ki, Paşinyan yeni Konstitusiyada Müstəqillik Aktına istinadı çıxarmağı düşünür.

“Konstitusiya dəyişikliyi məsələsi 5 ildir gündəmdədir, anlayırıq ki, hədəf dəyişməz müddəalar, xüsusilə də preambuladır. Xarici işlər naziri (Ararat Mirzoyan) Konstitusiya dəyişikliyinin xarici əlaqələrin orbitində olan müddəalarla bağlı olduğunu inkar etməyib. Bu dəyişikliyi Azərbaycan və Türkiyə tələb edir. Azərbaycanın tələbi həmin istinadlardan, yaxud Ermənistanın gələcəkdə ərazi ambisiyalarından imtina etməsidir”.

Ermənistan Konstitusiyasının preambulasında açıq şəkildə Azərbaycanın Qarabağ iqtisadi rayonuna iddia irəli sürülür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər