Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz.
Teleqraf.com xəbər verir ki, bunu gürcü politoloq Gela Vaşadze deyib.
“Gürcüstan Ermənistan və Azərbaycan arasında heç vaxt vasitəçi olmayıb və ola da bilməz. Bunun üçün adekvat resurslar yoxdur. Amma Gürcüstan qonşular arasında sabit sülh və işgüzar münasibətlərin qurulmasında maraqlıdır, çünki bu, regionun inkişafına əlavə təkan verəcək.
Bir sözlə, biz vasitəçi ola bilmərik, çünki təsir resurslarımız yoxdur, amma danışıqlar yeri ola bilərik”, - ekspert bildirib.