31 Yanvar 11:28
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiyanı sıfırdan yazmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Konstitusiyanın dəyişdirilməsi və preambuladan Müstəqillik Aktına istinadın çıxarılması Nikol Paşinyanın yeganə planı deyil. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan mənbələrimiz bildirirlər ki, Paşinyan nəinki Müstəqillik Aktını ləğv etmək, hətta xəyali dördüncü respublikasının konstitusiyasını da sıfırdan yazmaq qərarına gəlib. Paşinyan komandası ilə bu barədə açıq danışmasa da, emissarları vasitəsilə cəmiyyəti dəyişikliyə hazırlamağa başlayıb. Son günlər hökumət deputatları bununla bağlı fəal şəkildə müsahibələr verir və iddia qaldırırlar”, - məlumatda deyilir.

Ermənistanın Müstəqillik Aktında Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə yanaşı, qondarma erməni soyqırımının tanıdılması və "Böyük Ermənistan" xülyasının müəllifi olan kilsəyə xüsusi statusun verilməsi kimi təxribatçı və separatçı məsələlər yer alır. Erməni hüquqşünas Qohar Meloyan Ermənistan baş nazirinin əsas hədəfinin məhz bunları ölkənin əsas qanunundan çıxarmaq olduğunu iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər