Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünə dair mətbuat məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, 31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
18:25
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
13:49
Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.
Görüş İcevanla Qazax sərhədində keçirilir.