Tanınmış yazıçı-publisist Həmid Herisçinin vəziyyəti yaxşılaşıb.
Bu haqda Teleqraf.com-a Həmid Herisçinin həyat yoldaşı İlhamiyyə Rza məlumat verib.
“Həmidin səhhəti yaxşıdır. Həkimlər bildirirlər ki, səhhəti tam bərpa olunduqdan sonra evə buraxılacaq. Bir-iki gün yenə xəstəxanada qalmalıdır. Amma özü xəstəxanadan çıxmağa daha çox tələsir. Mən isə bir az ehtiyat edirəm.
Çox adam da deyir ki, bu xəstəlikdən sonra insan özünü 30-40 gün qorumalıdır. Təbii ki, Həmidin xəstəxanadan nə zaman çıxacağı qərarını həkimlər verəcəklər. Mən də onlara tam güvənirəm. Həkim nə desə, o olacaq”, - İlhamiyyə Rza bildirib.
Qeyd edək ki, Həmid Herisçi yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədidəki modul tipli xəstəxanaya yerləşdirilib.