1 Fevral 22:25
7 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Konstitusiyasını da dəyişməlidir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Prezident İlham Əliyevin Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsi və Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışların əksini tapması mövzusunu aktuallaşdırması doğru strategiyadır. Bu ona işarədir ki, Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasında həmin bəndləri çıxarmadan Azərbaycanla sülh sazişi imzalaya bilməyəcək.

Eyni zamanda, İlham Əliyev Konstitusiya mövzusunda Ermənistanda müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirərək, bunun sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada biləcəyini vurğulayıb. Əslində bu, Paşinyana mesajdır ki, sülh istəyirsənsə, Azərbaycanın ərazi bütövlüyünü tanımaq azdır, Konstitusiyanı da dəyişməlisən”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər