Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı var.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Varujan Qeqamyan deyib.
Ekspert ABŞ-nin nüfuzlu analitik mərkəzlərindən birinin bununla bağlı proqnozuna diqqət çəkib.
“Amerikanın ən nüfuzlu beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr Şurası (Council on Foreign Relations) 2024-cü il üçün illik proqnozunda bildirir ki, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı var, amma bu, ABŞ üçün prioritet deyil”, - Qeqamyan vurğulayıb.