7 Fevral 05:24
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Azərbaycanın Çindəki və Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib.

Teleqraf.com xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Bildirilib ki, Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.

Azərbaycanın Çindəki səfirliyindən verilən məlumata görə, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər