7 Fevral 08:29
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistləri məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Məzahir Pənahov seçkilərin başlaması ilə əlaqədar MSK-da keçirdiyi brifinqdə qeyd edib ki, seçki prosesi milyonlarla insanı əhatə etdiyi üçün müəyyən xırda çatışmazlıqlar ola bilər.

“Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər. Əksinə biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”, - MSK sədri vurğulayıb.

O vurğulayıb ki, heç kim seçicinin iradəsinə təsir göstərə bilməz.

“Bütün bu proseslərin mərkəzində Azərbaycan seçicisi dayanır. Bizim qurum da işi seçicinin konstitusiyon hüuququnu təmin etməkdir. Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə bilməz. Həmçinin seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz. Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər