7 Fevral 10:33
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan İsveçrədə görüşə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan spikerinin mətbuat xidməti məlumat yayıb.

Fevralın əvvəlində Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq bildirmişdi ki, ittifaqın martdakı növbəti sessiyası çərçivəsində iki ölkənin spikerlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Ermənistan spikerinin ofisi parlamentlərin rəhbərlərinin planlaşdırılan görüşü ilə bağlı hələlik dəqiq təklif almadıqlarını bildirsə də, amma belə bir ehtimalı istisna etmir.

“Bu formatda görüşün keçirilməsi müzakirə edilə bilər”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər