7 Fevral 18:07
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, saat 15.00-a qədər seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 74,88 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 73,08 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 74,36 faiz, 121 saylı Laçın Seçki Dairəsində 76,12 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 75,07 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 74,24 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 73,25 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 76,14 faiz olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər