8 Fevral 16:30
6 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında dialoqda Rusiyanın rolunun alternativi yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun iddiasına görə, Rusiyanın bu gün vəzifəsi iki ölkəyə barışıq və dinc əməkdaşlıq axtarışlarında kömək etməkdir.

“Məhz Rusiyanın vasitəçiliyi və Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin əsasları yaradılıb”, - Qaluzin vurğulayıb.

Nazir müavini qeyd edib ki, Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlər üzrə yardım göstərir. Qaluzin əlavə edib ki, Rusiya tərəfində Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün lazım olan materiallar (xəritələr) var.

Diplomat Ermənistanın xarici oyunçuları cəlb etmək əvəzinə üçtərəfli nizamlama prosesinə qayıdacağına ümid etdiyini söyləyib. O, həmçinin bildirib ki, Moskva hər zaman dialoq üçün platforma təqdim etməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər