Cənubi Qafqazdakı çətin vəziyyətə baxmayaraq, Gürcüstan sabitlik və uzunmüddətli sülhə nail olmağa yönəlmiş balanslaşdırılmış siyasətin tərəfdarıdır və bunu həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.
Nazir qeyd edib ki, Gürcüstan “Sülhsevər qonşuluq” təşəbbüsünü həyata keçirməklə qonşu Azərbaycan və Ermənistan arasında səmərəli ünsiyyətə dəfələrlə töhfə verib.
“Qonşu dövlətlərin tələblərinə uyğun olaraq bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. İstəyirik ki, Tiflis gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın bərpasına töhfə verəcək istənilən təxirəsalınmaz məsələləri müzakirə edə biləcək bir məkan olsun”, - Darçiaşvili bildirib.