Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun 5-ci toplantısına videomüraciət göndərib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri İslam Gənclik Forumunun geniş coğrafiyada həyata keçirdiyi işlərdən məmnunluğunu ifadə edibş
“Toxumunu 2004-cü ildə əziz qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birgə əkdiyimiz Gənclər Forumu onun rəhbəri və komandasının səyləri ilə getdikcə populyarlaşır. Asiyadan Afrikaya, Amerikadan Ərəbistan yarımadasına qədər geniş coğrafiyada müsəlman gənclər üçün İslam Gənclər Forumunun həyata keçirdiyi tədbirləri yaxından izləyirik”, - Ərdoğan deyib.
Türkiyə prezidenti müsəlman gənclərin iqtisadi, mədəni və sosial sahələrdəki fəaliyyətlərinin gücləndirilməsinin önəmini vurğulayıb.