9 Fevral 13:54
7 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla danışıqların Avropa Birliyinin (AB) vasitəçiliyi ilə bərpasını dəstəklədiyini bir daha təsdiqləyir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, hazırda danışıqların bərpası ilə bağlı aydınlıq yoxdur.

“Ermənistan danışıqların həmin formatda (Brüssel) bərpasının tərəfdarıdır, bölgədə sülhün bərqərar olması Ermənistan üçün prioritet məsələdir”, - Ovannisyan vurğulayıb.

Deputat Brüssel formatının bərpası və Azərbaycan Prezidenti İlham Əliyevin buna razılığının olub-olmadığını bilmir. O, rəsmi Bakı razı olacağı halda İrəvanın buna hazır olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər