ABŞ-nin keçmiş prezidenti Donald Trampın yenidən seçilməsi Ermənistan üçün riskli ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Trampın dövründə ABŞ müharibə aparmadı, amma həmin dönəmdə Ermənistan-Azərbaycan savaşı baş verdi. Hesab edirəm ki, bu, həm də ABŞ-nin razılığı çərçivəsində olub. Digər yandan, Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətləri vardı. İkinci Qarabağ müharibəsi də Trampın dövründə başlamışdı, o, bu prosesi dəstəkləmişdi. Üstəgəl, o, (Azərbaycanı dəstəkləyən) İsrail və Baş nazir Benyamin Netanyahu ilə yaxşı əlaqələrə malik idi. Bunu niyə təkrar edirəm, çünki düşünürəm ki, Trampın seçilməsi Ermənistan üçün riskli ola bilər”, - politoloq vurğulayıb.
Danielyan Azərbaycanın dəstəkləyənlər arasında Türkiyə və İsraillə yanaşı, Böyük Britaniyanın da adını çəkib.