15 Fevral 14:52
3 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun gücləndirilməsi qonşu ölkələrə qarşı yönəlməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və öz ərazisindən kənarda heç bir məqsədi yoxdur. Bu, bizim uzunmüddətli strategiyamızdır, çünki mən hesab edirəm ki, legitimlik Ermənistanın təhlükəsizliyini təmin etmək üçün ən vacib komponentdir. Ermənistanın müdafiə sahəsində yalnız qanuni məqsədləri var. Bu, beynəlxalq səviyyədə tanınmış ərazilərinin mühafizəsidir”, - nazir bildirib.

Paşinyan “Ermənistanın sülh gündəliyinə sadiqliyi”ni ifadə edib və razılaşdırılmış prinsiplər çərçivəsində həll yolları, yəni sülh müqaviləsinin imzalanmasına, sərhədlərin demarkasiya və delimitasiyasına “hazır olduğunu” təsdiqləyib.

“Əlavə olaraq, “Sülh qovşağı” layihəsində (nəqliyyat dəhlizi ilə bağlı – red.) qeyd olunan ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsipinə əsaslanan regional kommunikasiyaların açılmasına hazır olduğumuzu vurğulamalıyam. Əminəm ki, bu layihənin həyata keçirilməsi regionumuzun bütün ölkələrinin iqtisadi inkişafına yeni təkan verəcək”, - Paşinyan söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər