16 Fevral 18:08
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsinə dair qərarından təəssüflənir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bu qərarın demokratik dəyərlərə uyğun olmadığı və təmsilçilik hüququna zidd olduğu bildirilir.

“Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasına gələn bu addımın regionda sülh və sabitliyə töhfə verməyəcəyi bəllidir. Türkiyə AŞPA-nı bu səhvi dərhal düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər