17 Fevral 14:24
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Kansleri Olaf Şoltsla görüşüb.

Teleqraf.com xəbər verir ki, həmsöhbətlər Ermənistan-Almaniya ikitərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə toxunublar.

Paşinyan Şoltsun dialoqu dəstəkləmək, Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək səylərini yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, Ermənistan sülh prosesinə sadiqdir.

Almaniya kansleri sülh və dialoq üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər