Müharibə təhlükəsi həmişə var, bunun qarşısını almaq - müharibə olmasın deyə danışıqlar aparırıq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasının deputatı Gevorq Papoyan bildirib.
Papoyan Ermənistan-Azərbaycan danışıqlarına toxunaraq deyib:
“Sülh müqaviləsinin bəndləri üzrə böyük irəliləyiş əldə olunub. Müqavilənin böyük hissəsi razılaşdırılıb, bir neçə vacib məqam qalıb. İndi yavaşladığımız yerdən başlayırıq. Ölkə liderlərinin xarici işlər nazirlərinə görüş tapşırığı verməsi mühüm gəlişmədir”.
Onun sözlərinə görə, sülh müqaviləsində 100 şərti bəndi varsa, bunun 99-u razılaşdırılıbsa, bu o demək deyil ki, həmin 99 bənd məcburi icraya tabedir. Abovyanın fikrincə, bunlar o zaman icra olunacaq sülh müqaviləsi imzalanacaq və ölkələrin konstitusiya məhkəmələri bunu konstitusiyalara uyğun təsdiqləyəcək.