22 Fevral 16:21
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birgə təsdiq edilmiş iş prosedurumuz var, bunu yüksək qiymətləndirirəm.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirin müavini Mqer Qriqoryan sərhəd komissiyalarının iclasları haqda danışarkən deyib.

“Çox həssas bir məsələni birlikdə müzakirə edirik. Delimitasiya istənilən halda çox həssas məsələdir. Platformanın obyektiv, konstruktiv iş imkanı olması üçün razılaşdıq ki, görüşlərlə bağlı açıqlamalarımız birgə mətbuat bəyanatı ilə məhdudlaşdırılsın.

Əks halda nə olacağını təsəvvür edə bilərsinizmi? Əgər hər bir tərəf qayıdıb işin nəticələrini şərh etməyə və ya ictimai müzakirəyə başlasa, bu, effektli olmayacaq. Birgə bəyanatın olmasını effektli hesab edirəm, ona görə ki, heç bir diletant spekulyasiya olmasın və platformanın ətrafındakı ab-hava korlanmasın. Diletant yanaşma budur ki, guya gedib komissiyaların iclaslarında bir-birimizə nəsə verib-alırıq. “Getdilər, görüşdülər, gizli saxladılar” demək mənasız söhbətdir”, - baş nazirin müavini bildirib.

Qriqoryan onu da qeyd edib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin növbəti görüşünün vaxtı hələlik müəyyən edilməyib:

“Delimitasiya prosesinin nə qədər mürəkkəb olduğunu bilirsiniz. Eksklüziv olaraq peşəkar olan topoqrafik xəritələrdən danışmalıyıq, çünki bir çox insanlar sxematik və ya metodik xəritələri fərqli keyfiyyət və məntiqə malik olan topoqrafik xəritələrlə səhv salırlar.

İkincisi, əslində delimitasiya prosesi təkcə xəritələrlə işləmək deyil, ilk növbədə bu və ya digər xəritənin tərtib olunduğu hüquqi baza və dəstəyin müəyyənləşdirilməsidir. Üstəlik, SSRİ dövründə hər bir orqanın xəritə hazırlamaq və ya çap etmək hüququ yox idi. Bütün bu nüanslar çox vacibdir və işlərimizdə onlara toxunulmalıdır”.

Onun sözlərinə görə, hüquqi əsasda qeydə alınmış yüksək səviyyəli razılaşmalar var, bunlarda da Almatı bəyannaməsinə istinad edilir:

“Bu o deməkdir ki, 1991-ci ilin dekabrına qədər olan xəttinin təkrar çəkilməsi prosesi ilə məşğul olmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər