Ermənistan böyük qarışıqlıq mərhələsindədir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
Ekspert Baş nazir Nikol Paşinyan üçün ölümcül qərarlar verdiyini bildirib:
“Münxen və Paris görüşlərindən sonra Ermənistan üçün yeni reallıq formalaşıb. Bir şəxs (Paşinyan) tərəfindən birtərəfli ölümcül qərarlar verilir, bunların motivasiyaları bəlli deyil. Bu qərarları tutmaq və cilovlamaq mexanizmi yoxdur. Bu o deməkdir ki, hələlik istədiyini edəcək”.
Ovannisyanın fikrincə, Paşinyan belə davam etsə, Ermənistanı ölçüləri və nəticələrini proqnozlaşdırmaq mümkün olmayan növbəti fəlakətlər silsiləsi gözləyir:
“Nikol regional korridanın formatını 2+1 edir: Azərbaycan, Türkiyə + Rusiya. Sonrakı İrandır. Əgər bundan əvvəl Ermənistanda güc mərkəzləri arasında münaqişə az-çox suveren ölkəyə hörmət və müəyyən oyun qaydaları ilə gedirdisə, indi belə olmayacaq. Münaqişənin istənilən təzahürünü görəcəyik, bu, son dərəcə təhlükəli yeni oyun qaydasının müəllifi Ermənistandır”.
Politoloq Paşinyanın riskli qərarlarının daxili qarışıqlığa yol açacağını və Ermənistanı müdafiəsiz (müttəfiqsiz) qoyacağını istisna etmir.