Beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycan ərazisində yerləşir və heç bir halda Rusiyanın Ukraynanın suveren ərazisində açdığı təcavüzkar müharibə ilə müqayisə oluna bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Almaniya Bundestaqının Hüquq Komitəsinin sədri Elizabet Vinkelmeyer-Bekker deyib.
Alman siyasətçi bunu Berlinin qarabağlı ermənilərlə bağlı Azərbaycana qarşı beynəlxalq məhkəməyə müraciət edib-etməyəcəyi ilə bağlı təxribatçı suala cavabında bildirib.
Erməni jurnalist erməni separatçıları ilə Ukrayna qaçqınları arasında müqayisə aparsa da, Bekkerdən aldığı bu cavab pərtedici olub:
“Bu, xarici siyasət məsələsidir, mənim cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, Almaniyada qaçqın statusundadırlar, biz onlara sübut bazasını aydınlaşdırmaqda və mümkün sınaqlar üçün alətlərlə dəstəkləməkdə kömək edirik. Ukrayna bizim qonşu ölkələrdən biridir və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”.