27 Fevral 17:48
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa peyk məlumatlarını Ermənistana ötürəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Baş nazir Nikol Paşinyanın Parisə səfərinin sonunda Fransa Kəşfiyyat Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti arasında dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı razılaşma əldə olunub.

Bundan əlavə, eyni iddiaya görə, Paris Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyətlə bağlı məlumatları özündə əks etdirən peyk məlumatlarını İrəvana ötürəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər