Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşub.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 3 nəfər yaralanıb.
Belə ki, 49 yaşlı Müzadil Sarıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanan, 58 yaşlı Qələndər Hüseynovun sürdüyü “Hyundai” markalı avtobusa çırpılıb. Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü və 2 sərnişini, 49 yaşlı Namiq Cunayev, 39 yaşlı Asim Hüseynov ağır yaralanıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Yaralanan şəxslərin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.