27 Yanvar 2015 23:00
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur kinorejissoru Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında çoxseriyalı film çəkməyə hazırlaşır. O qeyd edib ki, rus diplomatı, şair və dramaturq Aleksandr Qriboyedov haqqında filmin ssenarisi 1985-ci ildə yazılıb.

Lakin Qarabağdakı müharibəyə görə çəkilişlər təxirə salınıb. Nikita Mixalkov bu barədə Belqradda özünün “Günəş zərbəsi” filminin dünya premyerasından bir neçə saat öncə keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib: “Biz o zaman filmi Qarabağda başlanan hadisələrə görə çəkə bilmədik. Çünki müharibə başlandı və filmin çəkilişi sadəcə mümkün olmadı.

Kinorejissor qeyd edib ki, Qarabağda erməni ailələrini Qriboyedov məskunlaşdırıb. O, 40 min ermənini İranda əsirlikdən çıxararaq ora göndərib. Güman edirəm ki, bu, 12-15 seriyadan ibarət böyük televiziya filmi olacaq». Rejissorun fikrincə, A.Qriboyedovun qətli ingilislər tərəfindən planlaşdırılıb.

N.Mixalkov deyib: “Bu, tarixi hadisəyə mənim baxışımdır, yəni Aleksandr Qriboyedovun həyatı və ölümü, inanılmaz, o cümlədən tarixi faktlar əsasında yazılmış ağlagəlməz ssenaridir”.


Müəllif: