28 Yanvar 2015 08:58
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Türkiyə Avrasiya Enerji Birliyi yaratmaq barədə razılığa gəliblər.

Teleqraf.com-un Türkiyənin "Yeni Şafak" nəşrinə istinadən məlumatına görə, yaradılacaq birliyin mərkəzi İstanbul sayılacaq.

Yazıda bildirilir ki, 18 ölkəni əhatə edəcək təşkilata Azərbaycanla Türkiyə liderlik edəcək.

Məqalədə Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) sədri Gürkan Kumbaroğlunun fikirlərinə də yer ayrılıb. Sədr bildirib ki, Azərbaycan və Türkiyə nəhəng enerji birliyi qurmağı qarşılarına məqsəd qoyub.

Bundan başqa, G. Kumbaroğlu bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri ilə bir araya gəldiyi toplantıda regional layihənin qurulmasına dair razılıq əldə edilib.


Müəllif:

Oxşar xəbərlər