Azərbaycanda uşaq idman federasiyaları yaradılacaq.
Bu məqsədlə “Bədən tərbiyəsi və idman haqqında” qanuna yeni maddənin əlavə layihəsi hazırlanır.
Qanun layihəsinin müəllifi millət vəkili Rauf Əliyev bildirib ki, sənədin cari ilin aprel-may aylarında müzakirəyə çıxarılması nəzərdə tutulur: “Azırbaycanda 45 –dən artıq idman federasiyası var. Orta məktəblərdə isə bunu idman cəmiyyətləri əvəz edir. Biz istərdik ki, Rusiyada olduğu kimi bizdə də uşaq idman federasiyaları yaradılsın. Çünki bu, uşaqların sağlamlığı üçün vacib məsələdir. Bizdə dəyni layihə aprel ayında parlamentdə müzakirəyə çıxarılacaq və Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər qəbul olunması gözlənilir”.
Nemət