28 Yanvar 2015 18:20
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və ona tabe qurumlar tərəfindən 2014-cü ildə insаn аlvеrinə qаrşı mübаrizə sаhəsində şəхsiyyətin və cəmiyyətin insаn аlvеrinin istənilən fоrmаlаrındаn müdаfiəsi, bu növ cinаyətlərin аşkаr еdilməsi və qаrşısının аlınmаsı, hаbеlə nəticələrinin аrаdаn qаldırılmаsı sаhəsində bir sırа işlər görülüb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, prezidentinin 6 fevral 2009-cu il tarixli, 133 nömrəli Sərəncamı ilə təsdiq edilən “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın (2009-2013-cü illər) icrasının başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına geniş hesabat təqdim edilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, Milli Fəaliyyət Planının uğurlu icrası müsbət nəticələr verərək Son beş il ərzində insan alveri cinayətləri 3.9 dəfə, insan alveri qurbanlarının sayı isə 28.2 faiz azalıb.

Milli Fəaliyyət Planı da digərləri kimi şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorumaqla yanaşı, eyni zamanda insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsini nəzərdə tutur. Üçüncü Milli Fəaliyyət Planının əvvəlkilərdən fərqli cəhəti onun daha çoxşaxəli olmasıdır.

Belə ki, Milli Fəaliyyət Planında 60 tədbirin həyata keçirilməsi üzrə 29 dövlət qurumu icraçı orqan olaraq müəyyən edilib, tədbirlərin icrasına beynəlxalq və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi nəzərdə tutulub.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası nümayəndələri tərəfindən respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələrinin “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda məlumatlandırılmasına dair birgə İş Planına əsasən 65 maarifləndirmə tədbiri həyata keçirilib. Tədbirlər Bakı şəhəri üzrə 9 dövlət universiteti və 16 kollecdə, eləcə də Respublikanın 52 şəhər və rayonları üzrə hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanları əməkdaşları, uşaq və gənclər, sosial müdafiə və məşğulluq mərkəzləri, tibb, təhsil, nəqliyyat işçiləri, sahibkarlar, KİV-in və ictimaiyyətin digər nümayəndələri üçün 36 dövlət kolleci və 4 polis orqanında təşkil edilib.

İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planının icraçı dövlət qurumlarının iştirakı ilə 17 sentyabr 2014-cü il tarixdə Baş İdarədə İşçi qrupunun ilk görüşü keçirilmiş, müvafiq tələb və tövsiyələr diqqətə çatdırılıb.

Hеsаbаt dövründə insаn аlvеri cinаyətləri ilə mübаrizənin səmərəliliyinin аrtırılmаsı, bu хidmət sаhəsi üzrə qаbаqcıl bеynəlхаlq təcrübənin öyrənilməsi, insan alvеri ilə bağlı ayrı-ayrı məsələlərin müzakirə оlunması məqsədilə müxtəlif beynəlxalq və xarici təşkilatlar tərəfindən həyata kеçirilən layihələr, həmçinin yerli qurumların təşəbbüsü üzrə ölkədə təşkil еdilmiş 39 sеminar, kоnfrans, təlim, dəyirmi masa, ikitərəfli və çoxtərəfli görüşlərdə Baş İdarə əməkdaşları iştirak еdib, Respublikadan kənarda kеçirilən 17 tədbirlə əlaqədar xarici ölkələrə (ABŞ, Avstriya, Belarus, Bosniya və Herseqovina, Litva, Ukrayna, Fransa, Polşa, Rusiya, Macarıstan) еzam оlunublar.

İnsan alverinə qarşı mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr və qüvvədə olan qanunvericilik çərçivəsində beynəlxalq təşəbbüslərin dəstəklənməsi istiqamətində bir sıra işlər görülüb, belə təşəbbüslərin ölkəmizdə həyata keçirilən mübarizə işinə müsbət təsir göstərəcəyinə dair münasibət bildirib.

Sənaye və kənd təsərrüfatı sahəsində məcburi əmək hallarının müəyyən edilməsi və qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti ilə birlikdə Bakı şəhərini Qaradağ, Sabunçu və Xəzər rayonlarında yerləşən mişar daşı, plastik məmulatların istehsalı müəssisələri və tikinti sahələrində, Abşeron və Şəmkir rayonlarının istixanalarında əməliyyat-profilaktiki tədbirlər həyata keçirilmiş, müəyyən edilmiş məcburi əmək əlamətlərinin ibtidai araşdırılması üçün toplanmış materiallar aidiyyəti üzrə göndərilib.

Ötən ilin sonunda Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyətinin 10 ili tamam olub. Bu illər ərzində Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə üzrə BMT-nin, Avropa Şurasının konvensiyalarına, MDB-nin sazişlərinə qoşulmuş, bilavasitə insan alverinə qarşı mübarizə fəaliyyətini tənzimləyən qanunvericilik sisteminin yaradılması, formalaşdırılması təmin edilib. Bu illər ərzində qeydə alınmış 684 insan alveri ilə bağlı cinayət faktı üzrə 408 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib, 583 insan alveri qurbanı müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər