29 Yanvar 2015 16:37
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 yanvar 2015-ci il tarixində saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının 2014-cü il üzrə I Hesabat-seçki konfransı keçiriləcək.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsindən Teleqraf.com-a verilən məlumata görə, konfransda Rəyasət Heyətinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə yaradılmış Gənc Alim və Mütəxəssislər Şurasının ötən ildəki fəaliyyətini əks etdirən hesabatı dinləniləcək, gənclərin elmə cəlb olunması və onların fəaliyyətində səmərəliliyinin artırılması istiqamətində səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılacaq.

NİGAR


Müəllif:

Oxşar xəbərlər