30 Yanvar 2015 11:41
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Girov saxlanılan həmvətənlərimizin hüquqlarının müdafiəsi ilə bağlı” mətbuat konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcək vəkil Anar Bağırov bildirib ki, həmyerlilərimizin azad olunması üçün ölkə ictimaiyyətinin bəzi üzvləri eynizamanda bir qrup hüquqşünas tərəfindən müxtəlif mexanizmlər təklif olunub: “Bir neçə ay əvvəl bununla bağlı optimal vasriantdan istifadə edərək Avropa İnsan Haqları Məhkəməsinə müraciətin mümkün oloduğunu bildirdim. Nəzərinizə çatdırım ki, artıq bu barədə ərizə hazırlanıb və qeyd edilən məhkəməyə müraciət göndərilib”.

A.Bağırov deyib ki, ərizənin qəbul edilməsi və təmin olunması üçün kifayət qədər hüquqi əsaslar var: “Ərizədə soydaşlarımızın pozulmuş hüquqları bir-bir sadalanıb, eyni zamanda onlara qarşı tətbiq edilən işgəncə faktları, qeyri-insani rəftar əlamətləri fotolarvə digər sübutlar vasitəsilə ərizəyə qəbul edilib. Həmyerlilərimizin 4-5 ayda tanınmayacaq halda arıqlamaları, həmçinin onların məhkəməyə gətirilən zaman qeyri-insani rəftarın göstərilməsi, zor tətbiq olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına dəlalət edir”.

Vəkil qeyd edib ki, adətən Avropa Məhkəməsinə müraciət olunan zaman ora göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlaruzun müddət çəkə bilir. Bunun qarşısını almaq üçün Avropa Məhkəməsinə müraciət qaydalarının 41-ci maddəsinə uyğun olaraq işə təcili baxılmasının zəruriliyi ərizədə xüsusi qeyd edilib: “Dağlıq Qarabağ ərazisində girov götrülərkən ermənilər tərəfindən öldürülən Həsən Həsənovun yaxın qohumlarının adından da Avropa Məhkəməsinə Ermənistana qarşı şikayət ərizəsi artıq hazırlanıb və göndərilib. Hesab edirəm ki, öz ata-baba yrudlarını, valideynlərinin məzarını ziyarət edən insanlara qarşı ermənilər tərəfindən qurulan bu “teatr” sadəcə biabırçılıqdır. Əksinə, bu “teatr”ı quranlar, iştirak edənlər qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər