4 İyun 11:43
2 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim və ya onların konstitusiyasının dəyişdirilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, konstitsuiyanın dəyişdirilməsi məsələsi Ermənistanın daxili qərarıdır. Bununla belə, nazir qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin qarşısında mövqe səsləndirib, hər biri digərinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür.

“Bizim konstitusiya dəyişikliklərimizə və hökumətimizin bu barədə müzakirəsinə gəlincə, yaddaşınızı təzələməyə dəyər. Biz bu barədə ən azı 2018-ci ildən danışırıq. Bu, bizim işimizdir, bunu hökumət daxildə həll etməlidir, sonra referendum şəklində, əlbəttə, o mərhələyə çatsaq...”, - Mirzoyan vurğulayıb.

Ermənistan rəsmisi iddia edir ki, qonşularla münasibətlərin tənzimlənməsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və regionda nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması İrəvanın xarici siyasətində əsas istiqamətlərdir.

Erməni nazirin yanlışı ordadır ki, Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Ermənistan konstitusiyasında aşkar şəkildə Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları qaldırılır. Buna görə də, dayanıqlı sülh üçün Ermənistanın separatçı konstitusiyasının dəyişdirilməsi rəsmi Bakının əsas tələblərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər