4 İyun 13:25
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində keçirilən iclas zamanı xarici işlər naziri Ararat Mirzoyanla revanşist “Ermənistan” fraksiyasının deputatı Armen Rüstəmyan arasında mübahisə yaranıb.

Teleqraf.com xəbər verir ki, deputat nazir və Nikol Paşinyan hökumətini Azərbaycanın tələblərini yerinə yetirməkdə ittiham edib.

Rüstəmyanın sözlərinə görə, sərhəd Azərbaycanın istədiyi kimi müəyyən edilir, sülh müqaviləsi onun tələblərinə uyğun hazırlanır, Ermənistanda konstitusiya dəyişikliyi də rəsmi Bakının tələbidir.

Revanşist deputata cavab verən Mirzoyan onun yanaşmasının Ermənistan üçün dağıdıcı olduğunu söyləyib: “Məhz bu düşüncə tərzi bizi son illərdə üzləşdiyimiz çöküşə gətirib çıxarıb”.

Xarici işlər naziri vurğulayıb ki, revanşistlər yenə də Qarabağ məsələsi üzərindən manipulyasiya etməyə çalışırlar. O, bunu primitivlik adlandırıb.

Rüstəmyan yenə də hökuməti Azərbaycanın göstərişlərini yerinə yetirirməkdə ittiham edəndə Ararat Mirzoyan deyib:

“Mən qəti əminəm ki, sizin bu və ya digər məsələ haqda dilə gətirdiyiniz rəvayətlər və düşüncə tərziniz bəzi imperiyaların (Rusiyanı nəzərdə tutur – red.) anlayış, rəvayət və proqramları ilə ciddi şəkildə üst-üstə düşür”.

Deputat onu agent adlandıranda xarici işlər naziri əlavə edib ki, Rüstəmyanın təmsil olunduğu düşərgədəki insanlar da, Ermənistan cəmiyyətində xarici agentlər (Rusiyaya bağlı) kimi qəbul edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər